Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.
UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektor bildirib ki, universitetlərdə sovet mirasının nümunələrindən biri də kafedradır. Sovet dönəmində planlı iqtisadiyyat üçün çatışmayan kadrların hazırlanmasında kafedraların böyük xidməti olub. Amma bu iş kadr hazırlığında rəqabət olmayan şəraitdə yerinə yetirilib və bu gün isə rəqabət həlledici amilə çevrilib. Kafedralar bir qayda olaraq müəyyən ixtisaslar üzrə formalaşır. Artıq Boloniya sisteminə, bakalavr-magistr təhsil modelinə keçidlə bakalavr səviyyəsində ixtisaslaşma ləğv edilib. Kafedralar elmi struktur vahidi kimi deyil, ilk növbədə, təhsil vahidi kimi yaradılıb və bu ənənə davam edir. Sirr deyil ki, çox az istisnalarla kafedralar müəyyən elmi istiqamətlərin inkişaf mərkəzi və təşkilatçısı kimi fəaliyyət göstərmir. Köhnəlmiş fənlərin müasirləri ilə əvəz edilməsində, tədris prosesinin təkmilləşməsində kafedraların mövqeyi tədris prosesinin optimallaşdırmasına yardım etmir. Kafedralar akademik və inzibati səlahiyyətlərin bölünməsini təmin etmir və strateji məsələlərə fokuslana bilmir.
Tehsil-press.az