Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Əsasən təhsilə ictimai baxış mövzusunda müzakirələr aparılan görüşdə məktəbə və müəllimə qarşı düzgün ictimai rəyin formalaşması barədə söhbət açılıb və qarşıda duran vəzifələrə dair fikirlər söylənilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva İctimai Şura üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb və qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Mehriban Vəliyeva BŞTİ-nin qarşıdakı müddətdə paytaxt təhsilinin yenilənməsi, qarşıya qoyulmuş hədəflərə çatması baxımından İctimai Şura ilə səmərəli əməkdaşlığa nail olunacağına inamını bildirib.
İdarə müdiri ötən il qazanılmış uğurlar və 2022-ci ildə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verib, İctimai Şuranın iştirakı ilə məktəblərdə pedaqoji kollektiv, valideyn və şagirdlərlə görüşlərin təşkilinin faydalı ola biləcəyini diqqətə çatdırıb.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov İctimai Şuranın fəaliyyətinin səmərəli təşkilindən söz açıb. Elnur Nəsibov təhsilin daim inkişaf edən, təkmilləşən strateji sahə olduğunu bildirib, həmçinin son günlər təhsillə bağlı baş verən bir sıra məsələlərə də toxunub. Bildirib ki, ictimai dialoq, müzakirə və birgə iş nəticəsində təhsillə bağlı mövcud problemlər müəyyən edilməli və onlar ictimai səviyyədə müzakirə olunmalıdır. O, bu işdə daha yaxşı nəticələr əldə etmək üçün cəmiyyətin və ictimaiyyətin təmsilçisi kimi İctimai Şuranın dəstəyinə ciddi ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri təhsilin cəmiyyətdəki rolu, məktəb və müəllimin nüfuzu, təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması, pedaqoji təhsildəki yeniliklərin müəllimlərə operativ ötürülməsi üçün məqsədyönlü təlimlərin təşkili, yeni yanaşmalarla təcrübənin sintezi, məktəb direktorları və müəllimlərin fəallığının artırılması, müasir qiymətləndirmə mexanizmlərinin tətbiqi, monitorinqlərin hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər müvafiq məsələlər üzrə təklif və tövsiyələrini səsləndiriblər.
Müzakirələrdə birgə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Tehsil-press.az