Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən “Təhsilin məzmunu zaman kontekstində” mövzusunda müzakirə təşkil edilib.
Tədbiri Şuranın məsul katibi İlqar Orucov açaraq tədbirin məqsədinin təhsilin məzmununa zaman kontekstində baxmaq və müzakirə etməkdən ibarət olduğunu söyləyib.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov ictimai müzakirələrinin əhəmiyyətinə toxunub. O, son vaxtlar təşkil edilən ictimai sorğu və müzakirələrin nəzərə alındığını diqqətə çatdırıb.
Sonra İctimai Şuranın üzvü Hikmət Əlizadə “Təhsilin məzmunu zaman kontekstində” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, tədris edilən fənlərdə öyrədilən biliklər məzmun baxımından şərti olaraq iki hissəyə bölünməlidir: tətbiqi və nəzəri xarakter daşıyan biliklər. Tətbiqi biliklər həyatda hamıya lazım olan, nəzəri biliklər isə müəyyən ixtisas üçün zəruri olan bilikləri ehtiva etməlidir.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirov təhsilin məzmununun prioritet məsələ olduğunu deyərək səriştə əsaslı təhsilə, fənlərarası təlimə və öyrənməyi öyrətmək məsələsinə xüsusi diqqət çəkib. “Təhsilin məzmunu elə qurulmalıdır ki, şagird məktəbə həvəslə, böyük maraqla gəlsin, öz potensialını reallaşdırsın, yeniliklər əldə etsin. Onlar yüklənmədən azad edilməlidir. Təhsilin məzmunu dizayn edilərkən minimal standartlar düşünülməlidir. Şagirdlərə həyatda nə lazım olacaqsa, onlara o aşılanmalıdır”,- deyə A.Cahangirov qeyd edib. O bildirib ki, mövzular düşünmək və münasibət bildirməyə, bilik, bacarıq, dəyər və səriştələrin aşılanmasına imkan yaratmalı, təşəbbüskarlıq, dəyərləndirmə, məntiqi, tənqidi və yaradıcı düşüncə, kommunikasiya, informasiyanı ayırd etmə, komanda ilə işləmək bacarıqlarının formalaşmasına fokuslanmalıdır.
Təhsil İnstitutunun direktoru Rüfət Əliyev müzakirələrdə qabardılan məsələlərin necə tətbiq ediləcəyi barədə danışıb. O deyib ki, dəyişikliklərin məqsədə xidmət edib-etmədiyini ölçmək də xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədini xatırladan R.Əliyev ölçmə alətlərindən biri olaraq beynəlxalq qiymətləndirmə vasitələrinə diqqət çəkib. Vurğulayıb ki, layihə əsaslı təhsilə keçid edilməli, kitabdan asılılıq minimuma endirilməlidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva iclasda qabardılan məsələlərin həlli yollarının müzakirəsinə ehtiyac olduğunu bildirib. Qeyd edib ki, peşə istiqamətində təmayülləşməyə xüsusi diqqət yetirilməlidir.
Müzakirələrdə Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova və digərləri mövzu ətrafında çıxış ediblər.
Yekunda bu və digər mövzularda müzakirələrin davamlı təşkil olunması, eləcə də sosial şəbəkələrdə canlı yayımlanması qərara alınıb.
Tehsil-press.az