Azərbaycan gəncliyinin müstəqilliyimizin bərpasından ötən 30 illik dövrdə keçdiyi inkişaf yolu təhlil edilərkən uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin qazanılmasında nümayiş etdirdikləri fədakarlıqlar, Vətən, torpaq sevgisi xüsusi qeyd edilir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin “Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır” tezisi gənclərimizin fəaliyyətinin əsas prinsipinə çevrildi, dövlətin onlara göstərdiyi inam və etimadı doğrultmaq üçün ölkə həyatının bütün sahələrində fəallıqlarını daha da artırdılar. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal hissəsidir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsi, Prezident İlham Əliyevin sərəncamları ilə 2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan olunması gənclərə göstərilən böyük etimadı bir daha nümayiş etdirdi. “Gənclər ölkənin inkişafında, ictimai-siyasi həyatında, ölkə iqtisadiyyatının möhkəmlənməsində fəallıq göstərirlər.
Hakimiyyətinin birinci dövründə gənclərin formalaşmasına, təhsilinə xüsusi diqqət göstərən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra onların dövlət idarəçiliyində irəli çəkilməsini əsas məsələ kimi öndə saxladı. Gəncləri gələcəyimiz kimi dəyərləndirən Ümummilli Lider bu tezisi xüsusi qeyd etdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Son 18 ildə gənclər siyasətinin dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatları əsasında daha da yenilənməsi, təkmilləşməsi gənclərin qarşısında geniş imkanlar açır. Hazırkı dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq gənclər müasir dövrün tələblərinə uyğun addımları ilə ölkənin inkişafına öz töhfələrini verirlər”, - deyə V.Rəhimzadə əlavə edib.
YAP Xətai rayon təşkilatının sədri gənclərin ulu öndər Heydər Əliyev ideyalarının təbliğatçısı kimi ölkənin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında böyük çoxluq təşkil etməsinin qürurverici olduğunu önə çəkərək bildirib ki, Ümummilli Lider daim bu çağırışı edirdi ki, partiyada gənclərin təmsilçiliyinə xüsusi diqqət yetirilməlidir. 1995-ci ildə partiyanın nəzdində Gənclər Birliyinin yaradılması da bunun əsas göstəricisidir. Gənclər partiyada təmsil olunmaqla öz potensial imkanlarından maksimum istifadə etmək imkanları qazanır, Heydər Əliyev ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla addımlayırlar. Bu günün gəncliyi yeni düşüncəli, həyata müasir baxışı ilə diqqət çəkir. Məhz bu yanaşmalar dövrün reallıqlarının gerçəkləşməsinə öz dəstəyini göstərir. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan üzvlərin 40 faizindən çoxunu gənclər təşkil edir.
“Bugünkü yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, vətənpərvər, zamanın tələblərinə əməli işləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə gənclərə dövlət quruculuğu işlərində daha çox üstünlük verilməsi yeni nəslə inam və etimaddan qaynaqlanır. Fəaliyyət göstərdikləri sahələrdə etimadı doğruldan, ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edən gənclərimiz bütün potensial imkanlarını nümayiş etdirirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik baxımından gənc ölkə olan Azərbaycanın əhalisinin xeyli hissəsini dinamik və fəal gənclər təşkil edir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan dövlətinin gənclərə inamı, etimadı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə təsdiqləndi. 30 illik torpaq həsrətinə son qoyan Azərbaycan Ordusunun sıralarında mətinlik göstərən gənclərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız öz sahiblərinə qayıtdı. Hərbi əməliyyatlar zamanı düşmənə ağır zərbə vuran, ermənilərin himayədarlarının dəstəyi əsasında yaratdıqları keçilməz istehkamlarını məharətlə yaran əsgər və zabitlərimiz torpaqlarımızı canları, qanları bahasına düşməndən azad etdilər. Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. 44 günlük Vətən müharibəsinin hər gününü tarixə Zəfər günü kimi yazan Azərbaycan Ordusu bir an belə geri çəkilmədi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində hər zaman yer alan “Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədik” sözləri gənclərin döyüş ruhunun tükənməzliyinin təqdimatı idi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları ilə döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi, müxtəlif orden və medallarla təltif olunmaları, onlara xüsusi imtiyazların verilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, avtomobillərlə təmin olunmaları dövlətin bu kateqoriyadan olanlara diqqət və qayğısı ilə yanaşı, Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin yüksək səviyyədə dəyərləndirilməsinin nümayişidir.
“Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin hamisidir” söyləyən V. Rəhimzadə bildirib ki, bunun üçün son 18 ildə Prezident İlham Əliyevin gənclərin inkişafına xidmət edən Fərman və sərəncamlarının, təsdiqlədiyi Dövlət proqramlarının xronologiyasına diqqət yetirmək kifayətdir. Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin gənclər siyasətində onların xaricdə təhsili, eyni zamanda, yüksək ixtisaslı kadr kimi yetişdirilməsi əsas yer tutur. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində Azərbaycan gəncləri dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa nail olublar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 2021-ci il 30 sentyabr tarixli Sərəncamda da gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub.
YAP Xətai rayon təşkilatının sədri keçilən yola qısa baxış fonunda bu ümumiləşdirməni aparıb ki, gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Qalib ölkənin gəncliyi tarixi Zəfərimizin yaratdığı reallıqların yüksək səviyyədə təqdimatında və təsdiqində fəal iştirak edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunan, dövlət maraqlarını hər şeydən üstün tutan gənclikdir.
Tehsil-press.az