Azərbaycan İlahiyyat İnstitutu qış məktəbi təşkil edəcək

Azərbaycan İlahiyyat İnstitutu qış məktəbi təşkil edəcək Azərbaycan İlahiyyat İnstitutu fevralın 7-dən qış imtahan sessiyasını uğurla başa vuran tələbələr üçün Lənkəran rayonunda “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda qış məktəbi təşkil edəcək.
Qış məktəbi layihəsinin həyata keçirilməsində məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, təhlil qabiliyyətlərinin artırılması, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarının təmin edilməsidir.
Fevralın 11-dək davam edəcək qış məktəbi layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsini, Heydər Əliyev Mərkəzini, Şəhidlər xiyabanını, Həzi Aslanovun ev-muzeyini, Tarix-Diyarşünaslıq Muzeyini və tarixi-dini abidələri ziyarət etmək nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər