Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət” mövzusunda qış məktəbi ziyarət və seminarlarla davam edir.
Qış məktəbinin növbəti günü tələbələr Qəbələ Arxeoloji Mərkəzinin yerləşdiyi ərazidə olublar. Məlumat verilib ki, bu ərazi 1926-cı ildən etibarən tədqiqatlara cəlb olunub. Arxeoloji mərkəz funksionallığına və tarixi dövrləri əks etdirməsinə görə “Qala”, “Səlbir” və “Çaqqallı” ərazilərinə bölünür.
Tələbələr Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi kilsəsini də ziyarət ediblər. Burada tələbələrə məlumat verilib ki, dünyada yaşayan udilərin sayı on minə yaxındır. Altı mindən çox əhalisi olan Nic qəsəbəsində dörd mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dillərini, dinlərini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Hazırda qəsəbədə ibtidai sinif şagirdləri üçün udi dili tədris olunur.
Daha sonra tələbələr Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin təqdimatında “Azərbaycanda yəhudi icmasının dünəni və bu günü” mövzusunda məruzəni dinləyiblər. Məruzəçi Azərbaycanda yəhudiliyin tarixi və bugünü haqqında məlumat verib. O, dağ yəhudilərinin Avropa yəhudilərinə nisbətən daha çox Şərq xalqlarına bənzədiklərini vurğulayıb. Qeyd edib ki, Qubadakı Qırmızı Qəsəbə dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları ən böyük yaşayış məskənidir. M.Yevdayev ölkə yəhudilərinin Azərbaycan xalqı ilə əsrlərboyu dostluq və qardaşlıq şəraitində yaşadıqlarını və heç vaxt diskriminasiyaya məruz qalmadıqlarını xüsusi vurğulayaraq, Azərbaycanın antisemitizmin olmadığı nadir ölkələrdən biri olduğunu, dövlətin yəhudi icmalarına xüsusi qayğı göstərdiyini, maliyyə yardımı ayırdığını, sinaqoqları bərpa və təmir etdiyini bildirib.
Alban-Udi Xristian İcmasının sədr müavini Rafik Danakari Albaniyada xristianlığın meydana gəlməsi, Alban kilsəsinin təşəkkül tarixi, kilsənin son mərhələsi, onun ləğvi və ya məhv edilməsi məsələlərinə toxunaraq bəzi mübahisəli mövzulara aydınlıq gətirib. Qeyd olunub ki, minillik Albaniya dövləti Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxıb, onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında davam etdirilib.
Xatırladaq ki, fevralın 7-dək davam edəcək qış məktəbinin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdəki multikultural, tolerant mühitlə daha yaxından tanış olmasına imkan yaradılmasıdır.
Tehsil-press.az