Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.
“Yay məktəbi”nin ikinci günü tələbələrə Təfsir, Pedaqogika, Qurani-Kərim fənləri keçirilib. Peşəkar mütəxəssislərin tədris etdiyi dərslər tələbələr tərəfindən maraqla qarşılanıb. Müəllimlər, həmçinin tələbələrin suallarını cavablandırıblar.
Daha sonra tələbələr üçün Bursa şəhər Nilufer ilçe müftisi Mehmet Öztürkün təqdimatında seminar təşkil olunub. M.Öztürk Türkiyədəki dini durum haqqında məlumat verib. Azərbaycan-Türkiyə dostluq münasibətlərindən bəhs edən müfti azərbaycanlı tələbələri burada görməkdən məmnun olduğunu bildirib. Müfti Dağlıq Qarabağ məsələsinə toxunaraq, azərbaycanlıları özlərinə qardaş bildiklərini və hər zaman onların yanında olduqlarını vurğulayıb.
Mehmet Öztürk Türkiyədə imamların hansı qurum tərəfindən təyin edildiyini, ölkədə nə qədər məscidin mövcud olduğu barədə tələbələrin suallarını cavablandırıb. Bildirib ki, Türkiyədə müftilər və imamlar Dəyanət İşləri Başqanlığı tərəfindən təyin edilir.
Qeyd edək ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsinin tələbələri də iştirak edirlər.
“Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından da gənclərimizin burada iştirakı xüsusi əhəmiyyət kəsb edir.
“Yay məktəbi” tədris müddətində tələbələrə Ərəb dili, İngilis dili, Quran, Təfsir, Siyər, Hədis, Fiqh, Pedaqogika, bundan əlavə, Türk dili və ədəbiyyatı fənlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.
Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi”ndə də əsas məqsəd tələbələrin bilik və bacarıqlarını artırmaq, ümumi inkişafına töhfə verməkdir.
Aİİ-nin Mətbuat Xidməti