İranda yeni raketlər nümayiş olunub

İranda yeni raketlər nümayiş olunub İranın Hərbi Sənaye Təşkilatının istehsal etdiyi 10 ədəd yeni raketin təqdimatı keçirilib.
Mərasimdə İranın müdafiə naziri, general Məhəmmədrza Aştiani və digər rəsmi şəxslər iştirak ediblər.
Nazir çıxış edərək bildirib ki, İran regionda sülhün və əmin-amanlığın təmin olunmasında maraqlıdır. İranın heç bir dövlətlə müharibə etmək istəyində olmadığını diqqətə çatdıran nazir bu raketlərin müdafiə xarakterli olduğunu bildirib.
Qeyd olunub ki, İranın milli istehsalı olan yeni raketlər uzaq hədəfləri vurmaq üçün nəzərdə tutulub.
Tədbirdə yeni raketlərdən başqa hərbi maşın və avadanlıqlar da nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər