İranla Cənubi Koreya arasındakı münasibətlər gərginləşir

İranla Cənubi Koreya arasındakı münasibətlər gərginləşir Cənubi Koreya İrana məxsus maliyyə vəsaitini qaytarmaqdan imtina edərək özünü pis vəziyyətə salıb.
Bu sözləri İran İslam Şurası Məclisinin (parlament) üzvü, İslam İnqilabının Xalq Qüvvələri fraksiyasının rəhbəri Məhəmmədrza Mirtacəddin deyib. O bildirib ki, İran Cənubi Koreya ilə münasibətlərinə yenidən baxacaq.
Parlamentdə çıxış edən M. Mirtacəddin diqqətə çatdırıb ki, parlament Cənubu Koreya ilə imzalanan ticarət haqqında sazişi təsdiq etməyəcək. Onun sözlərinə görə, İranın ərazi sularında saxlanılan Cənubi Koreyaya məxsus neft tankeri azad edilməyəcək. Rəsmi Seul üzərinə düşən öhdəliyi yerinə yetirməyincə, neft tankeri buraxılmayacaq. İranın Cənubi Koreya ilə geniş ticarət əlaqələri mövcuddur.
Qeyd edək ki, İranın neft satışından əldə etdiyi 7 milyard dollar Cənubi Koreya banklarında dondurulub. ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyadan ehtiyatlanan Cənubi Koreya rəsmi Tehranın müraciətlərinə baxmayaraq, müxtəlif bəhanələrlə maliyyə vəsaitini qaytarmaqdan boyun qaçırır. Lakin onu da qeyd edək ki, Cənubi Koreya banklarında İrana məxsus maliyyə vəsaitinin mövcudluğunu etiraf edir və onu qaytarmaq istəyində olduğunu bildirir. Yeganə maneə ABŞ-ın sanksiyalarıdır.

Tehsil-press.az



Oxşar xəbərlər