Koronavirus İranda bir sıra fəaliyyətləri dayandırdı

Koronavirus İranda bir sıra fəaliyyətləri dayandırdı İranda yeni koronavirusun yayılması ilə bir sıra fəaliyyətlər dayandırılıb və ya məhdudlaşdırılıb.
İranın Futbol Liqası üzrə Təşkilatı bütün futbol yarışlarını 21 martadək (İranda 21 martda yeni il başlayır) ləğv edib.
Novruz bayramı günlərində İranın bir sıra vilayətlərində, o cümlədən İsfahan, Rəzəvi Xorasanı, Mazandaran və Farsda turist qəbulu qadağan edilib.
Bununla yanaşı, 7-dən 12 martadək İran banklarında iş saatı azaldılıb və 8:30-dan 12:30-dək təyin olunub.
6 martda İranın bütün vilayət mərkəzlərində cümə namazı ləğv olunub.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2 522 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini və 552 nəfərin sağaldığını təsdiqləyib.

Tehsil-press.az

Oxşar xəbərlər