BDU alimləri üçün “DataTurkey” məlumat bazasından ödənişsiz istifadə imkanı

BDU alimləri üçün “DataTurkey” məlumat bazasından ödənişsiz istifadə imkanı Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucularına 2022-ci il fevralın 15-dən etibarən bir ay sınaq müddətinə “DataTurkey” məlumat bazasının resurslarından ödənişsiz istifadə imkanı təqdim edir.
Türkiyənin bir çox dövlət və özəl qurumu tərəfindən hazırlanan iqtisadi, sosial və regional məlumatları özündə birləşdirən “DataTurkey” məlumat bazası BDU oxucuları üçün martın 15-dək açıq olacaq.
Sınaq müddətində “Data Turkey” məlumat bazasının resurslarına https://datatr.net/login linki vasitəsilə və ya Elmi Kitabxananın səhifəsində “Tam mətnli məlumat bazaları” bölməsindən daxil olmaq mümkündür.
İstifadə qaydaları ilə tanış olmaq üçün videolinkdən - https://www.youtube.com/watch?v=5535y9TTY8o istifadə etmək olar.
“DataTurkey”in elektron ünvanı: https://dataturkey.com.tr
BDU-nun Elmi Kitabxanası “DataTurkey” məlumat bazasının resurslarından digər ali məktəb kitabxanaları üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində bir ay müddətinə ödənişsiz istifadə imkanını yaradıb.

Tehsil-press.az


Oxşar xəbərlər