“Azərbaycan-Çin Məzunları Assosiyasiyası” İctimai Birliyi və ölkəmizin Çindəki səfirliyi arasında onlayn görüş baş tutub

“Azərbaycan-Çin Məzunları Assosiyasiyası” İctimai Birliyi və ölkəmizin Çindəki səfirliyi arasında onlayn görüş baş tutub “Azərbaycan-Çin Məzunları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti və Azərbaycanın Çindəki səfirliyi arasında onlayn görüş baş tutub.
Görüşdə ölkəmizin Çindəki səfiri Əkram Zeynallı təşkilatın yaranması münasibətilə təsisçiləri və idarə heyətinin üzvlərini təbrik edib, təşkilata fəaliyyətində uğurlar arzulayıb. Məzun və tələbələrin şəbəkələnməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə atıla biləcək addımlar müzakirə olunub. Görüşdə “Azərbaycan-Çin Məzunları Assosiasiyası” İctimai Birliyinin sədri Hikmət Zeynallı təşkilat haqda qısa təqdimatla çıxış edib. Daha sonra tərəflər Azərbaycanın Çində təbliğ olunması və tələbə sayının çoxaldılması üçün mümkün tədbirlər planını müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər