“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvləri Mingəçevir Dövlət Universitetində olublar

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvləri Mingəçevir Dövlət Universitetində olublar Mingəçevir Dövlət Universitetində (MDU) “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvlərinin iştirakı ilə “Məzunlar danışır – Mingəçevir” adlı tədbir keçirilib.
MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitet haqqında məlumat verib və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi ilə birgə tədbirin keçirilməsini yüksək qiymətləndirib. Özünün də xaricdə təhsil aldığını qeyd edən Ş.Bayramov ABŞ universitetlərinin məzunları ilə görüşün MDU-nun tələbələri və gənc əməkdaşları üçün faydalı olacağına əminliyini bildirib.
“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin layihə meneceri Fatma Qurbanova tədbirin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və MDU kollektivi ilə görüşməkdən məmnunluğunu vurğulayıb.
Universitetin böyük akt zalında təşkil olunan tədbirdə İctimai Birliyin təmsilçiləri Fatma Qurbanova, Çinarə İmanquliyeva, Cavanşir Hüseynli, Gültən Məcidova, Rauf Əmirli, Leyla Həsənova, Dilarə Umudova və Sadiq Ağalarov xaricdə təhsillə bağlı təəssüratlarını bölüşüblər. Çıxış edənlər ABŞ-da təhsil aldıqları müxtəlif proqramlar barədə ətraflı məlumat veriblər.
Tədbirdə xaricdə təhsilin üstünlükləri, əmək bazarının sürətlə dəyişən tələbləri, xarici dilləri öyrənməyin vacibliyi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İştirakçıların böyük marağına səbəb olan tədbirin sonunda MDU tələbələrinin və gənc əməkdaşlarının çoxsaylı sualları qonaqlar tərəfindən cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər