Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2020-2021-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə onlayn görüş keçirilib.
Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, 2020-2021-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində baş tutub. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan F.Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
O, həmçinin pandemiya şəraitində onlayn təhsil formasının gündəmə gəldiyini, bunun əslində zamanın tələbi olduğunu, lakin pandemiyanın bu prosesi sürətləndirdiyini qeyd edib. Bununla yanaşı, tələbələrin təhsil alacaqları ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi, incəsənətinin təbliği və haqq səsinin qorunmasına diqqət yetirilməsi, vətənpərvərlik məsələsinin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyələrini çatdırıb.
F.Qurbanov tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.
Sonda tələbələr öz fikirlərini bölüşüblər. Onları maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb. Həmçinin tələbələrin təqaüd ölkələrinə səfərləri ilə bağlı mümkün imkanlar müzakirə olunub.
Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Macarıstanda 193, Latviyada 8, Çində isə 21 nəfər təhsil alacaq. Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində davam etdirəcəklər.
Tehsil-press.az