İsraildə yaşlılara və tibb işçilərinə COVİD-ə qarşı peyvəndin 4-cü dozası vurulacaq

İsraildə yaşlılara və tibb işçilərinə COVİD-ə qarşı peyvəndin 4-cü dozası vurulacaq İsrailin Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş 60 yaşdan yuxarı insanlar və tibb işçiləri üçün koronavirus peyvəndinin dördüncü dozasının istifadəsini təsdiqləyib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qərar yoluxma hallarının artmasını nəzərə alaraq qəbul edilib. Göstərilən şəxlər peyvəndin dördüncü dozasını üçüncü dozanın qəbulundan dörd ay keçdikdən sonra ala biləcək.
Bundan əvvəl, Naxman Aş koronavirus peyvəndinin dördüncü dozasını immuniteti zəif olan insanlar üçün təsdiqləmişdir.

Tehsil-press.az




Oxşar xəbərlər