Britaniyalılar ilin sonunadək COVID-19-a qarşı üçüncü doza peyvəndi qəbul edə biləcəklər

Britaniyalılar ilin sonunadək COVID-19-a qarşı üçüncü doza peyvəndi qəbul edə biləcəklər İngiltərənin 18 və daha yuxarı yaşda olan bütün sakinləri koronavirusun omikron variantının yayılması ilə mübarizə məqsədiylə ilin sonuna qədər COVID-19 peyvəndinin gücləndirici dozasını almaq imkanı əldə edəcəklər.
Bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.
Onunu sözlərinə görə, "Omikron" ştammına yoluxanların sayında yeni artım dalğasının gəldiyinə şübhə yoxdur və iki doza COVID-19 peyvəndi bunun qarşısını almaq üçün kifayət deyil.
"Lakin yaxşı xəbər ondan ibarətdir ki, alimlərimiz əmindirlər ki, üçüncü - gücləndirici doza ilə hamımız qorunma səviyyəmizi artıra bilərik", - deyə Conspn vurğulayıb.
O əlavə edib ki, buster dozasını qəbul etməli olan vətəndaşlar bunu bazar ertəsindən etibarən edə biləcəklər. Britaniyada buster dozası 18 yaşdan yuxarı olan və peyvəndin ikinci dozasını ən azı üç ay əvvəl qəbul edən vətəndaşlar üçün nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər