BDU-da professor İzzət Rüstəmovun 90 illiyinə həsr olunmuş respublika elmi konfransı

BDU-da professor İzzət Rüstəmovun 90 illiyinə həsr olunmuş respublika elmi konfransı Bakı Dövlət Universitetində (BDU) professor İzzət Rüstəmovun 90 illiyinə həsr olunmuş “Təbiətşünaslığın fəlsəfəsi sosial və humanitar elmlərin qovşağında” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev çıxış edərək İzzət Rüstəmovun universitetin ictimai həyatında böyük xidmətləri olduğunu söyləyib.
Professor İzzət Rüstəmovun fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, müxtəlif orden və medallarla təltif olunduğunu qeyd edən rektor bildirib ki, bacarıqlı müəllim kimi o, bu gün də gənc nəslin təlim-tərbiyəsində, ixtisaslı kadrların hazırlanmasında və ölkənin ictimai həyatında fəal iştirak edir.
Rektor Elçin Babayev İzzət Rüstəmovu fəxri fərmanla təltif edib.
Sonra BDU-nun Fəlsəfə kafedrasının professoru Əziz Məmmədovun “Təbiətşünaslıq fəlsəfəsinin müasir paradiqması”, AMEA-nın professoru Rəfiqə Əzimovanın “Fəlsəfə və Sosiologiya İnstitutunda sosioloji tədqiqatların əsas istiqamətləri”, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimovun “İnsan-təbiət münasibətlərinin müasir aspektləri”, BDU-nun professorları Rəfail Həsənovun “Azərbaycanda sosiologiya elminin inkişaf xüsusiyyətləri”, Rüfət Rüstəmovun “Dil təbiəti və semantikası: müasir dil prosesləri” mövzularında məruzələri dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər