Elmi-praktik konfrans: Elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu

Elmi-praktik konfrans: Elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
SDU-nun rektoru, professor Elxan Hüseynov Pedaqoji Universitetin ölkəmizin elm və təhsil tarixində, pedaqoji fikrin inkişafında olduqca önəmli rola sahib olduğunu bildirərək, bu ali təhsil müəssisəsinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətindən söz açıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında universitetin fəaliyyəti ərzində ölkəmizin adını yüksəklərə qaldıran onlarla tanınmış alimlər və şəxsiyyətlər yetişdirdiyini və bir çox pedaqoji-metodoloji elmlərin əsasının Azərbaycanda məhz burada qoyulduğunu və inkişaf etdiyini, universitetdə bu gün də müasir təhsil trendlərinə uyğun qabaqcıl müəllim hazırlığı sahəsində ciddi tədbirlərin icra olunduğunu vurğulayıb.
Daha sonra SDU-nun Filologiya fakültəsinin dekanı, dosent, ADPU-nun məzunu Sevinc Həmzəyevanın “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” və ADPU-nun professoru, Universitet Ağsaqqallar Şurasının sədri Məlikməmməd Cəbrayılovun “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzularında məruzələri dinlənilib.
ADPU-nun məzunu olan SDU-nun dosentləri Cavid Məmiyev, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri Xalidə Həsənova və Pedaqogika və psixologiya kafedrasının müdiri Aytəkin Məmmədova çıxış edərək öz təəssüratlarını bölüşüb, Pedaqoji Universitetin müasir təhsil islahatlarının həyata keçirilməsindəki rolundan danışıblar.

Tehsil-press.az


Oxşar xəbərlər