Turizm və Menecment Universitetində 592 imtahan təşkil olunub

Turizm və Menecment Universitetində 592 imtahan təşkil olunub Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.
İmtahan sessiyasında bakalavriat səviyyəsi üzrə 71 qrupda təhsil alan 1631 tələbə 421 imtahanda iştirak edib. Universitetdə 171 tələbə davamiyyətə görə imtahanlara buraxılmayıb, 79 tələbə imtahana gəlməyib, 107 tələbə qayda pozuntusuna görə imtahandan kənarlaşdırılıb.
Magistratura səviyyəsi üzrə 26 qrupda təhsil alan 214 tələbə 171 imtahanda iştirak edib. Təhsilin magistratura pilləsi üzrə 78 tələbə davamiyyətə görə imtahanlara buraxılmayıb, 30 tələbə imtahana gəlməyib, 3 tələbə qayda pozuntusuna görə imtahandan uzaqlaşdırılıb.
Payız semestrinin imtahan sessiyasında Apellyasiya Komissiyasına ümumilikdə 41 müraciət daxil olub, 11 tələbənin işində dəyişiklik edilib.
2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun təşkil edilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin edilib, yаrаnа biləcək mənfi hallar operativ surətdə aradan qaldırılıb.
Rektor İlham Mədətov diqqətə çatdırıb ki, imtahan sessiyası ərzində təhsilalanların istəklərini, problem və təkliflərini dinləmək məqsədilə çevik kommunikasiya vasitələrindən biri kimi “Açıq qapı” günləri keçirilib, tələbələr və valideynlər tərəfindən daxil olan çoxsaylı müraciətlərdə isə ATMU-da keçirilən imtahanlardan məmnunluq ifadə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər