Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin 03 iyun - 05 iyul tarixlərində keçirilən imtahan sessiyası uğurla yekunlaşıb. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən online qaydada (məsafədən) şifahi formada təşkil olunub.
Sessiya müddətində bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1961 tələbə ümumilikdə 628 imtahanda iştirak edib. Tam əksəriyyət tələbələrin müvəffəq nəticələr göstərdiyi imtahanlarda cəmisi 22 tələbənin akademik borcu qalıb. 4 tələbə isə imtahan sessiyasında iştirak etməyib. Apellyasiya Komissiyasına cəmisi 4 müraciət daxil olub.
Magistratura səviyyəsində isə 13 qrup üzrə ümumilikdə 68 imtahan keçirilib. Bütün magistrantların iştirak etdiyi imtahanlarda müvəffəqiyyət göstəricisi 100% olub.
Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının adekvat formada fəaliyyət göstərməsi təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayıblar. Mövcud reallıqlar nəzərə alınmaqla təşkil olunan imtahan sessiyasında tələbə təşkilatlarının fəal üzvləri də yaxından iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər