AMEA–nın Fəlsəfə İnstitutunda “Əhməd bəy Ağaoğlu Azərbaycan fəlsəfi fikir tarixində: çağdaş dövrümüzdən baxış” mövzusunda respublika elmi konfransı keçirilib.
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş konfransda elmi müəssisənin direktoru, professor İlham Məmmədzadə mütəfəkkirin həyat yolundan, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas və millət fədaisi kimi fəaliyyətindən danışıb. O, Əhməd bəy Ağaoğlunun milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanındığını söyləyib.
Əhməd bəy Ağaoğlunun həm Türkiyədə, həm də Azərbaycanda Cümhuriyyət dövründə geniş fəaliyyətinə nəzər salan akademik Nərgiz Axundova onun böyük ideoloq olduğunu qeyd edib. O, Əhməd bəy Ağaoğlunun türk xalqlarının milli azadlıq hərəkatında və mədəni yüksəlişində misilsiz xidmətlər göstərdiyini, onun yazdığı əsərlərin bu gün də aktual olduğunu vurğulayıb.
Fəlsəfə İnstitutunun şöbə müdiri Arzu Hacıyeva isə Əhməd bəy Ağaoğlunun həm elmi sahədə, həm də milli mübarizə yolunda apardığı mücadilələrdən, Türkiyə Böyük Millət Məclisinə deputat seçilməsindən, Türkiyə Cümhuriyyətinin Prezidenti Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi kimi fəaliyyətindən danışıb.
Tehsil-press.az