UNEC-də “Elm festivalı” keçiriləcək

UNEC-də “Elm festivalı” keçiriləcək Martın 1-dən 28-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm festivalı” keçiriləcək.
Festivalın tədbirlər planına uyğun olaraq, UNEC-də elmi-praktik konfranslar, seminarlar, dəyirmi masalar, açıq elmi-populyar mühazirələr, treninqlər, debatlar, ustad dərsləri, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında ictimai müzakirələr və kitab sərgisi təşkil olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər