Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisad Məktəbində (RİM) ustad dərsləri keçirilib.
2018/2019 tədris ilinin yaz semestri ərzində UNEC professorlarının nümunəvi dərslərinin keçirilməsi ənənəsi davam edir.
İqtisadiyyat kafedrasının professoru Elşad Məmmədov “Regional iqtisadiyyatın inkişafının təhlili metodu” mövzusunda keçirdiyi ustad dərsində Azərbaycan iqtisadiyyatının regional analizi, ölkə iqtisadiyyatının inkişaf mexanizmləri, həyata keçirilən layihələrdən danışıb. Professor regional iqtisadiyyatın inkişafının təhlili metodları barədə geniş məlumat verib.
Professor Müslüm İbrahimov isə “Yerli və qlobal kapital axını” mövzusunda ustad dərsi keçib.
Qeyd edək ki, ustad dərsləri UNEC-in digər kafedralarında da davam edəcək.

UNEC-in Mətbuat Xidməti