Tələbələr Mərkəzi Elmi Kitabxanada istehsalat təcrübəsi keçirlər

Tələbələr Mərkəzi Elmi Kitabxanada istehsalat təcrübəsi keçirlər Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin kitabxanaçılıq və filologiya ixtisasları üzrə təhsil alan bir qrup tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) istehsalat təcrübəsinə başlayıblar.
Universitetin tələbələri 3 aylıq təcrübə müddətində kitabxananın komplektləşdirmə, kataloqlaşdırma, biblioqrafiya və s. şöbələrinin iş fəaliyyətini öyrənəcək, yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair biliklərini artıracaqlar. Təcrübə proqramı çərçivəsində tələbələr, həmçinin beynəlxalq kitabxanalarla olan əməkdaşlıq, kitab mübadiləsi, seminarların təşkil edilməsi və digər iş fəaliyyəti haqqında ətraflı məlumat alacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər