M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Tətbiqi riyaziyyat fakültəsinin IV kurs tələbələri avqustun 30-dan sentyabrın 11-dək AMEA İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçəcəklər.
İnstitutda MDU-nun tələbələri ilə onlayn görüş keçirilib. Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edib. İnstitutun fəaliyyəti haqqında məlumat verən R.Ələkbərov burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində tədqiqatlar aparıldığını diqqətə çatdırıb. Bildirib ki, bu elmi müəssisədə, həmçinin magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrlar hazırlanır.
R.Ələkbərov MDU-nun tələbələrinə “AzScienceNet” şəbəkəsinin Data Mərkəzinin fəaliyyəti və burada göstərilən xidmətlərlə yaxından tanış olmağı tövsiyə edib.
Sonra elmi katib Mədinə Səidova institutda MDU-nun Bakı filialının 11 tələbəsinin 2 həftə ərzində “Zoom” proqramı vasitəsilə istehsalat təcrübəsi keçəcəklərini bildirib.
Elmi katib diqqətə çatdırıb ki, təcrübə müddətində informasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə nəzəri və texnoloji biliklər öyrədiləcək. Həmçinin tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və digər məsələlər aşılanacaq.
Mədinə Səidova tələbələrin mütəmadi şəkildə təcrübə rəhbərləri ilə əlaqə saxlayaraq verilən tapşırıqları vaxtında icra etmələrinin vacibliyini vurğulayıb, hər birinə uğurlar arzulayıb.
İclasda, həmçinin təcrübə müddətində görüləcək işlər, veriləcək tapşırıqlar və həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar barədə müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, istehsalat təcrübəsi MDU-nun Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqavilə əsasında keçiriləcək.
Tehsil-press.az