BDU-nun tələbələri ADA Universiteti Kitabxanasının iş təcrübəsi ilə tanış olublar

BDU-nun tələbələri ADA Universiteti Kitabxanasının iş təcrübəsi ilə tanış olublar Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin ikinci kurs tələbələri iş təcrübəsi ilə tanış olmaq məqsədilə müasir texnologiyalar əsasında təşkil edilmiş, modern infrastruktura malik ADA Universiteti Kitabxanasında olublar.
Kitabxananın direktoru texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov ADA Universiteti Kitabxanasının fəaliyyəti, strukturu, sənəd dövriyyəsi, kitab fondu və eləcə də prioritetləri barədə tələbələrə ətraflı məlumat verib.
Tələbələr kitabxananın elektron kataloqu ilə tanış olublar, eyni zamanda, ADA Universiteti Kitabxanasının AKİS-ləri haqqında ətraflı informasiyalar onların diqqətinə çatdırılıb.
Görüş zamanı tələbələrin sualları ADA Universiteti Kitabxanasının mütəxəssisləri tərəfindən cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, təcrübə rəhbəri Rəşad Qardaşov ADA Universitetinin rəhbərliyinə və universitet kitabxanasının kollektivinə təşəkkürünü bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər