Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrlə bağlı tələbələrlə görüş keçirilib.
“Zoom” platforması üzərindən təşkil olunan görüşdə müxtəlif fakültələrdən 200-ə yaxın IV kurs tələbələri iştirak ediblər. Görüşdə təcrübə müddəti üçün müəyyən edilmiş qaydalar haqqında tələbələrə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb və istehsalat təcrübəsi ilə bağlı bəzi məsələlər aydınlaşdırılıb. AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev hazırda universitetin respublikada fəaliyyət göstərən 150-yə yaxın müəssisə ilə təcrübəyönümlü əməkdaşlıq müqaviləsinin olduğunu bildirib. O, universitetin sonuncu kurs bakalavr və magistr tələbələrinin həmin müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübələri keçməsi ilə bağlı məlumat verib. X.Qəniyev bildirib ki, tələbələrin müəssisədə istehsalat təcrübəsi 14 həftəlik iş saatını təşkil edir. İstehsalat təcrübəsi müddətində tələbə nəzərdə tutulmuş iş saatında təcrübə yerində olmalıdır. Tələbə istehsalat təcrübəsi proqramının yerinə yetirilməsi üçün ayrılan müddətin 25 faizindən çoxunda iştirak etmədiyi halda, təcrübə keçməmiş hesab olunur və buraxılış işinin müdafiəsinə buraxılmır. Bu qaydaları pozan tələbənin təcrübəsi müəssisənin təcrübə rəhbəri tərəfindən dayandırılır.
Tehsil-press.az