Azərbaycanda iki bacının faciəsi - 8 nəfər eyni gündə öldü

Azərbaycanda iki bacının faciəsi - 8 nəfər eyni gündə öldü Ötən gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.
Baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.
Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.



Məlumata görə, ailə 6 ay öncə övlad sahibi olub. Onlar Sumqayıtda yaşayıblar.
Eyni gündə ailəsi ilə birgə həlak olan Əminə ilə Fidan üç bacı olublar.
Qusardakı hadisənin baş verməsinə gəlincə, ilkin ehtimallara görə, Şıxovlar ailəsinin evində qazla işləyən “ceyran peçi” olub. Ailə üzvləri yuxuda olarkən qaz sızması baş verib və məlum faciə ilə nəticələnib.

Tehsil-press.az



Oxşar xəbərlər