Kinoteatrlarda filmlər niyə ana dilində səsləndirilmir? - AÇIQLAMA

Kinoteatrlarda filmlər niyə ana dilində səsləndirilmir? - AÇIQLAMA Ölkəmizdə kinoteatrlara maraq artıb. Lakin boş zamanlarını səmərəli keçirmək üçün bu yerlərə üz tutan izləyicilər bəzən problemlərlə üzləşir. Belə ki, bəzi xarici filmlərin azərbaycanca səsli dublyajının olmaması, ana dilində altyazılarla verilən fimlərdə isə qrammatik səhvlərin olması tamaşaçıda narazılığa səbəb olur.
Bu filmlərin Azərbaycan dilinə səsli və ya subtitr vasitəsi ilə​ dublyaj olunması​ məsələsi mövcud​qanunvericiliyə əsasən​ şirkətlərin səlahiyyətinə daxildir.
Qeyd edilib ki, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa​ və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş​ “Filmlərin yayımı və nümayişi Qaydaları”na əsasən​Azərbaycan Respiblikasının ərazisində bütün növ​ filmlər​ yayımına və kütləvi nümayişinə icazə verilməsi üçün​ Mədəniyyət Nazirliyi tərəfindən​ Filmlərin Dövlət Reyetsrində qeydiyyata alınır və Yayım vəsiqəsi ilə təmin edilir:
"Yayım vəsiqəsi olmadan nümayiş olunan filmlər​ “İnzibati Xətalar Məcəlləsi”nə əsasən müvafiq qaydada cərimə olunur.​ Xarici filmlərin Dövlət Reyestrinə daxil edilməsi üçün tələblərdən biri həmin filmin​ Azərbaycan dilinə dublyaj​ olunmasıdır. Dünya təcrübəsindən də gördüyümüz kimi, kinoteatrlarda xarici filmlər əsasən​ orijinal dilində, ancaq nümayiş olunduğu​ ölkənin dilinə​subtitr vasitəsi​ ilə dublyaj olunaraq​ yayımlanır. Bu, dünyada​xarici filmlərin nümayişi sahəsində​ peşəkar norma olaraq qəbul edilir.
Digər tərəfdən,​ Azərbaycana gətirilən əcnəbi filmlərin nümayiş hüquqları ölkədə fəaliyyət göstərən distribütor şirkətləri tərəfindən əldə olunur. Bu filmlərin Azərbaycan dilinə səsli və ya subtitr vasitəsi ilə​ dublyaj olunması​ məsələsi mövcud​qanunvericiliyə əsasən​ şirkətlərin səlahiyyətinə daxildir. Daha çox​ kommersiya ilə bağlı olan bu məsələdə şirkətlərə məcburiyyət tətbiq olunmur", - deyə əlavə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər