Fevralın 25-i və 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının otuzuncu ildönümünə həsr ediləcək.
Bununla bağlı Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar idarənin tədbirlər planı təsdiq edilib.
Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər (ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi və s.) keçiriləcək, soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil olunacaq.
Tehsil-press.az