Bakı sakinləri və qonaqların nəzərinə

Bakı sakinləri və qonaqların nəzərinə Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Müstəqillik günü: Dirçəliş”, “Qonşular. Müharibə şəraitində 2” adlı filmlərin nümayişinə başlanıb.

“Müstəqillik günü: dirçəliş” filmini Nikolas Raytın ssenarisi əsasında rejissor Roland Emmerix fantastika, macəra və döyüş janrında çəkib. Sloqanı: “Hazırlaşmağımıza 20 il var idi. Onların da” Yaş məhdudiyyəti:12+
Yer Kürəsinin insanları yadplanetli texnologiyaları istifadə edib planeti qorumaq üçün xüsusi proqram yaradırlar. Amma bəşəriyyəti daha masştablı və dağıdıcı yadplanetli işğaldan heç nə xilas edə bilməz... təkcə bir neçə cəsarətli qəhrəmanın şücaəti dünyanı məhvdən xilas edə bilər.
Filmdəki rollara Coi Kinq, Mayka Monro, Liam Hemsvort, Ceff Qoldblyum, Vivika A.Foks, Bill Pullman, Cessi Aşer, Uilyam Fixtner, Brent Spayner, Şarlotta Qensbur və başqa aktyorlar çəkilib.
Komediya janrında çəkilmiş “Qonşular. Müharibə şəraitində 2 ” filminin rejissoru Nikolas Stoller ssenari müəllifi Endryu C. Koendir. Yaş həddi:18+
Bu dəfə Mak və Kellinin qonşuluğundakı evi universitetin qadın klubu kirayələyir. Dinclik verməyən yeni qonşularla dil tapmaq üçün Mak və Kelli keçmiş düşmənləri Teddi Sandersə müraciət etməyi qərara alır.
Filmdə baş rolları Set Roqen, Zak Efron, Rouz Birn, Xloya Qreys Morets, Ayk Barinxolts, Kirsi Klemons, Deyv Franko, Cerrod Karmaykl, Kristofer Mints – Plasse, Bini Feldşteyn və başqa aktyorlar canlandırıblar. Filmlərin ingilis versiyası azərbaycan dilində alt yazıyla nümayiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər