Bu Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyinin və Dövlət Flim Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrində “Azərbaycan Kinosu Günləri” keçirilir.
“Azərbaycan Kinosu Günləri” dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, dekabrın 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunur.
“Azərbaycan Kinosu Günləri” çərçivəsində dekarın 6-da ADPU-un II tədris binasının böyük akt zalında ADPU Tələbə Gənclər Təşkilatı (TGT) Tarix və Coğrafiya Fakültəsi üzrə təşkilatının təşkilatçılığı ilə "Cümhuriyyətin Tələbələri" (2018 istehsalı, 28 dəq) və "Parisdən Məktublar" (2016 istehsalı, 35 dəq) filmlərinin tələbələr üçün nümayişi keçirilib.
Qeyd edək ki, nümayişdə ADPU Tarix və Coğrafiya Fakültəsinin məsul şəxsləri, fakültə TGT sədri Taleh Mirzəyev, TGT-in II korpus üzrə nümayəndəsi Xəyal Mirzəli və müxtəlif fakültələrdən 200-dən çox tələbə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, kinoşünas Şəhla Əmirli və filmlərin rejissoru, kinorejissor Tahir Əliyev də iştirak dib.
Filmlərin nümayişindən öncə fakültə TGT sədri Taleh Mirzəyev çıxış edərək kino günlərinin və nümayiş olunan filmlərin əhəmiyyətindən danışıb. Mədəniyyət Nazirliyinin əməkdaşı, kinoşünas Şəhla Əmirli çıxışında bildirib ki, nümayiş olunan sənədli kino nümunələri tələbələrin dünyagörüşünün formalaşmasında müstəsna rola malikdir.
"Cümhuriyyətin Tələbələri" və "Parisdən Məktublar" filmlərinin rejisssoru kinorejissor Tahir Əliyev filmlər, onların əhatə etdiyi mövzuların əhəmiyyəti haqqında ətraflı məlumat verib və gəncləri tariximizə həssas yanaşmağa səsləyib. O, filmlərin nümayişinə şərait yaratdığına görə ADPU rəhbərliyinə təşəkkürünü bildirib. Sonra "Cümhuriyyətin Tələbələri" və "Parisdən Məktublar" filmləri nümayiş etdirilib. Qeyd edək ki, “Azərbaycan Kinosu Günləri”nin keçirilməsində məqsəd gənc nəsli milli kinonun inciləri, maarifləndirici və vətənpərvərlik mövzularında olan sənədli flimlərlə tanış etməkdir. “Azərbaycan Kinosu Günləri” çərçivəsində ADPU-da 3-6 dekabr tarixlərində, həmçinin “Batalyon“, Xəlvətdə qalmış müdrik”, “Sirli bənövşə”, “Tarın sədaları” flimləri nümayiş etdirilib.

Taleh Mirzəyev