Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 22-də Rustavi şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Nazir E.Əmrullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər Ümummilli Liderin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra nazir Qardabani rayon 3 nömrəli orta məktəbdə rayonun Azərbaycan dilli məktəblərinin direktor və müəllimləri ilə görüşüb.
Səfir Faiq Quliyev deyib ki, bu gün rayonda 12 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. Bundan başqa Rustavidə qarışıq tipli daha bir məktəbdə Azərbaycan sektoru var. Məqsəd bu məktəblərdəki vəziyyət, mövcud problemlər barədə fikir mübadiləsi aparmaq, onların həlli yollarını araşdırmaqdır.
Sonra görüş sual-cavab formatında davam edib.
Direktor və müəllimlər, dərsliklər, müəllimlərin ixtisasartırma kurslarına cəlb olunması, kadr hazırlığı və s. problemlərdən danışıblar.
Gürcüstan təhsil və elm nazirinin birinci müavini Tamar Maxarişvili deyib ki, qaldırılan məsələlər araşdırılacaq və onların mümkün həlli ilə bağlı konkret addımlar atılacaq.
Emin Əmrullayev Gürcüstandakı Azərbaycan dilli məktəbləri narahat edən məsələləri iki qrupa bölüb.
Onun sözlərinə görə, birinci qrupa hər məktəbin üzləşə biləcəyi infrastruktur, müəllim çatışmazlığı və dərslik problemləri daxildir. Digər qrupa isə müəllimlərin hazırlığı, ixtisas artımı, dərsliklərin Azərbaycan dilinə tərcüməsindəki nöqsanlar kimi spesifik problemləri aid etmək olar.
Bildirilib ki, əslində qaldırılan bütün problemlərin həlli mümkündür, lakin bunun üçün müəyyən vaxt tələb olunur.
Nazir gürcü həmkarı və digər rəsmi şəxslərlə keçirdiyi müzakirələr zamanı müəllimlərin hazırlığı, Azərbaycan dilli məktəblərin ana dilində metodik vəsait və bədii kitablarla təminatı məsələlərilə bağlı ilkin razılığın əldə edildiyini diqqətə çatdırıb.
Tehsil-press.az