Bakı Dövlət Universitetində (BDU) təhsil alan xarici tələbələrin iştirakı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı - əsrin faciəsi” adlı tədbir keçirilib.
Tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov “Xocalı soyqırımı – tarixi həqiqətlər” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhaliyə qarşı qanlı qırğınlar törədiblər.
Tədbirdə xarici tələbələrə ingilis və rus dillərində Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib.
Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova Xocalı soyqırımı zamanı qətlə yetirilmiş və itkin düşmüş uşaqlar haqqında “Onlar heç vaxt böyüməyəcəklər” adlı təqdimatla çıxış edib.
Sonra faciəyə həsr edilmiş film nümayiş olunub.
Tehsil-press.az