BDU-da “Xocalı soyqırımı-30” adlı foto və kitab sərgisi

BDU-da “Xocalı soyqırımı-30” adlı foto və kitab sərgisi Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “Xocalı soyqırımı-30” adlı foto və kitab sərgisi açılıb.
Sərgidə Xocalı soyqırımından bəhs edən, Azərbaycan, ingilis və rus dillərində 50-dək kitab nümayiş olunur. Bura “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi”, “Vətən harayı”, “Erməni terroru”, “Xocalı soyqırımı” və bu qəbildən olan kitablar daxildir.
Sərgidə, həmçinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən 30-dək tarixi fotoşəkil təqdim olunur.

Tehsil-press.az



Oxşar xəbərlər