Avropa İttifaqı Rusiyanın 64 əsas strukturuna qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı Rusiyanın 64 əsas strukturuna qarşı sanksiyalar tətbiq edib Avropa İttifaqı (Aİ) Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti və digər dövlət təşkilatları, həmçinin energetika, hərbi sənaye və maliyyə kompaniyaları da daxil olmaqla Rusiyanın 64 əsas strukturuna qarşı maliyyə və texnoloji sektoral məhdudiyyətlər tətbiq edib.
Aİ Şurasının qərarına görə, sanksiyaların tətbiq olunduğu strukturlara Avropanın maliyyə bazarlarına və texnologiyalarına giriş məhdudlaşdırılacaq.
“Rusiyanın Ukraynaya qarşı hər hansı növbəti təcavüzü baha başa gələcək. Vəziyyətin ağırlığını nəzərə alaraq, 2022-ci il fevralın 25-də Şura Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən müdafiə, energetika, aviasiya və maliyyə sektorlarına qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edib”, - deyə Avropa İttifaqı Şurası bəyanat yayıb.
Avropanın sanksiyalarına məruz qalan kompaniyalar arasında “Oboronprom”, “Rosoboroneksport”, “Tupolev”, “Suxoy”, habelə “Proqress” raket-kosmik mərkəzi “Kalaşnikov”, “Rostex”, “Almaz-Antey”, “Uralvaqonzavod”, “Kamaz”, “Sovkomflot”, “Sevmaş”, “Rostex-Azimut” və digər aparıcı sənaye kompaniyaları da var.
Aİ bu strukturların kapital bazarına və maliyyə xidmətlərinə çıxışını ciddi şəkildə məhdudlaşdırıb. Onlara texniki yardım göstərilməsi, həmçinin hərbi və ya ikili təyinatlı məhsul və texnologiyaların, neft hasilatı üçün texnologiya və avadanlıqların ticarəti qadağan edib. Avropa İttifaqı, həmçinin Rusiyaya tədarükü qadağan edilən yüksək texnologiyalı məhsulların, əsasən də rabitə sistemlərinin, elektronikanın, yarımkeçiricilərin, aviasiya və kosmik komponentlərin geniş siyahısını tərtib edib.
Fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayıb. Hazırda hərbi əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda, o cümlədən paytaxt Kiyev ətrafında davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə aviasiya və raket zərbələri endirir.

Tehsil-press.az


Oxşar xəbərlər