Avropa Parlamentindən Rusiya ilə bağlı çağırış

Avropa Parlamentindən Rusiya ilə bağlı çağırış Avropa Parlamenti Avropa İttifaqını Rusiyaya sanksiyalar tətbiq etməyə çağırıb.
AP-nin yeni qətnamə layihəsində korrupsiya cinayətlərinə görə Avropa sanksiya rejimi tətbiq etmək və buraya rus oliqarxlarını daxil etmək tövsiyə olunur. Bildirilir ki, Avropa Parlamentinin qərarı məcburi deyil, ancaq Aİ ölkələri üçün bir tövsiyədir.
Qeyd edək ki, qərar layihəsində, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olarsa, Rusiya rəsmilərinə yaxın oliqarxların və ailə üzvlərinin Aİ-dəki hesablarının dondurulması, vizaların ləğv edilməsi də yer alıb.
Qeyd edək ki, layihə sabah AP-nin plenar iclasın nəticələrinə əsasən qəbul ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər