Təhsil naziri: Orta məktəb dərslikləri sadələşdiriləcək

Təhsil naziri: Orta məktəb dərslikləri sadələşdiriləcək Orta məktəb dərslikləri sadələşdiriləcək. Bunun üçün mütəxəssislərlə müzakirələr aparılır.
Bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, artıq 1, 2 və 3-cü sinif dərslikləri yenilənib. Bu dərsliklər bizi qane edir. 4-cü sinif dərslikləri isə bu il pilot olaraq istifadəyə veriləcək. Nazir qeyd edib ki, dərsliklərin sadələşdirilməsi onların bəsitləşdirilməsi demək deyil. Bu, dərsliklərin daha anlaşıqlı və oxunaqlı olmasına xidmət edir. Dərsliklərin bəsitləşdirilməsi isə birbaşa məzmununun təhrif olunması deməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər