“Süpürgələrinə minib kosmosa uçsunlar” - Rusiyadan ABŞ-a sanksiya

“Süpürgələrinə minib kosmosa uçsunlar” - Rusiyadan ABŞ-a sanksiya “Rusiya sanksiyalara cavab olaraq daha ABŞ-a raket mühərrikləri tədarük etməyəcək”.
Bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib.
O bildirib ki, söhbət “NPO Energomash” tərəfindən istehsal olunan RD-180 mühərriklərindən gedir. Onlar “Atlas-5” raketləri tərəfindən istifadə olunur. Həmçinin, “Antares” raketlərinin buraxılışı zamanı istifadə olunan “RD-181” mühərriklərinin tədarükü də artıq olmayacaq.
Məlumata görə, son 30 il ərzində ABŞ-a 122 RD-180 mühərriki göndərilib.
Roqozin amerikalılara “indi qoy süpürgələrinə minib kosmosa uçsunlar” deyə məsləhət görüb.
O əlavə edib ki, Rusiyanın kosmik proqramı sanksiyalara görə dəyişdiriləcək, onun prioriteti müdafiə maraqlarına uyğun peyklərin yaradılması olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər