Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli dilçi alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Əlövsət Abdullayevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi seminar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirdə Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə professor Əlövsət Abdullayevin Azərbaycan elmi və təhsili tarixində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
“Əlövsət Abdullayev və Azərbaycan filologiyası” mövzusunda çıxış edən professor Tofiq Hacıyev görkəmli alimin Azərbaycan filologiyasına verdiyi dəyərli töhfələrdən, elmi yaradıcılığının əsas istiqamətlərindən, ədəbi dil və yazıçı dili ilə bağlı tədqiqlərindən, irihəcmli etimoloji və onomastik araşdırmalarından, dil əlaqələri mövzusunda yazdığı əsərlərdən, bu zəngin elmi irsin aktuallığından danışıb.
Professor Zemfira Şahbazova “Görkəmli türkoloq Əlövsət Abdullayev” adlı məruzəsində alimin yüksəkixtisaslı kadrların - türkoloqların hazırlanmasında xidmətlərindən, türk dillərinin aktual problemlərinə həsr olunan əsərlərindən söz açıb.
Dosent Rəhilə Quliyevanın “Əlövsət Abdullayev yaradıcılığında qrammatika məsələləri” adlı məruzəsində alimin Azərbaycan dilinin qrammatik quruluşunun, xüsusilə sintaksisinin tədqiqi və tədrisi istiqamətində gördüyü işlər ətraflı şərh olunub. Məruzəçi bildirib ki, xüsusiləşmələr və əlavələr, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələrin tərkib hissələrinin transformasiyası kimi məsələlər dilçiliyimizdə akademik səviyyədə ilk dəfə Ə.Abdullayev tərəfindən işlənib və ali məktəb proqramına daxil edilib.
Daha sonra Azərbaycan dilçiliyi kafedrasının dosentləri İsmayıl Məmmədov, Fikrət Şiriyev, Fikrət Əlizadə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadov Ə.Abdullayevin alim və müəllim kimi fəaliyyətindən, dilçilik elmində xidmətlərindən söz açıblar.
Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov görkəmli alim Ə.Abdullayevin elmi yaradıcılığının öyrənilməsinə xüsusi diqqətin göstərilməsinin vacibliyini vurğulayıb.
Sonda alimin ailə üzvləri adından çıxış edən qızı, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tehsil-press.az