BDU-da “Koreya dilində felin zaman kateqoriyasının xüsusiyyətləri” mövzusunda elmi seminar

BDU-da “Koreya dilində felin zaman kateqoriyasının xüsusiyyətləri” mövzusunda elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadənin moderatorluğu ilə “Koreya dilində felin zaman kateqoriyasının xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Vüsalə Həsənova məruzə ilə çıxış edib. O, Koreya dilində cümlə quruluşu, bu dilin Azərbaycan dili ilə oxşar və fərqli cəhətlərindən bəhs edib.
V.Həsənova, həmçinin Koreya dilində felin növləri və xüsusiyyətləri, zamana görə dəyişmə forması, şəkilçiləri və s. barədə məlumat verib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər