İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat aparılır: 310 nəfər müraciət edib

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat aparılır: 310 nəfər müraciət edib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
İmtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 12:20-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 310 (BA - 79, BB - 231) namizəd qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər