İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 775 nəfər qeydiyyatdan keçib

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 775 nəfər qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
Imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. İmtahanda iştirak etmək üçün bu gün saat 14:35-dək 775 (BA - 158, BB - 616) nəfər qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər