İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün indiyədək 118 namizəd qeydiyyatdan keçib

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün indiyədək 118 namizəd qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 13-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.
İmtahanda iştirak etmək üçün qeydiyyat fevralın 3-ü saat 18:00-dək aparılacaq. İmtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:40-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 118 (BA - 39, BB - 79) namizəd qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər