“Birinci kanal”ın efirində kənar bir qızın görünməsi ilə bağlı insident Kremlin gündəliyinə daxil edilməyib, buna baxmayaraq bu, xuliqanlıqdır”.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, telekanal və müvafiq qurumlar vəziyyəti araşdırır: “Bu qıza gəlincə, etdiyi xuliqanlıqdır. Kanal və buna aidiyyəti olanlar məsələ ilə məşğul olurlar. Bu, bizim gündəliyimizdə olan məsələ deyil... Bununla məşğul olan müəyyən idarələr, müəyyən orqanlar var”.
Mətbuat katibi əlavə edib ki, “Birinci kanal” ölkənin digər aparıcı kanalları kimi yüksək keyfiyyətli, çox operativ və obyektiv informasiya brendidir.
Xatırladaq ki, Rusiyanın “Birinci kanal”ının canlı efirində telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.
Daha sonra “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib ki, M. Ovsyannikova saxlanılıb.
Tehsil-press.az