Rusiyanın televiziya kanalında baş vermiş insidentlə bağlı araşdırma aparılır

Rusiyanın televiziya kanalında baş vermiş insidentlə bağlı araşdırma aparılır Rusiyanın “Pervıy” televiziya kanalının “Vremya” verilişində baş vermiş insidentlə bağlı araşdırma aparılır.
“Vremya” xəbərlər proqramının əməkdaşı diktor Yekaterina Andreyeva canlı yayımda xəbərləri oxuyarkən, kanalın əməkdaşı efirdə müharibə əleyhinə plakat açaraq, Rusiyanın Ukraynada xüsusi əməliyyatına qarşı etiraz edib.
Hazırda televiziya kanalında xidməti araşdırma aparılır.
Rusiya mediasının yaydığı xəbərə görə, efirdə müharibə əleyhinə etiraz edən şəxs - kanalın redaktoru Marina Ovsyannikova saxlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər