Tələbələrin hüquq-mühafizə orqanlarında xidmətə marağının artırılması ilə bağlı görüş

Tələbələrin hüquq-mühafizə orqanlarında xidmətə marağının artırılması ilə bağlı görüş Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə hüquq-mühafizə orqanlarında xidmətə marağın artırılması məqsədilə tələbələrlə görüş keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova, BDU-nun Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri professor Kamil Səlimov, Avropa Şurasının Bakı ofisinin layihə rəhbəri Pərvanə Bayramova, Bakı şəhəri Nizami rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Günay Məmmədli, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Rəisə Rüstəmli və Vəkillər Kollegiyasının üzvü Dilarə Əfrasiyab iştirak ediblər.
Görüşdə hüquq-mühafizə və ədliyyə orqanlarında qadınların təmsilçiliyi, bu sahədə gender balansı ilə bağlı beynəlxalq təşkilatların çağırışları, məişət zorakılığı və uşaqlara qarşı zorakılıq halları zamanı qadın müstəntiq və təhqiqatçılara ehtiyacın zəruriliyi kimi məsələlər ətrafında çıxışlar dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə 40 ildən çox vəkillik təcrübəsi olan Dilarə Əfrasiyab öz təcrübəsini bölüşüb, tələbələrə tövsiyələrini verib.

Tehsil-press.az


Oxşar xəbərlər