BDU-da “Məişət zorakılığı” mövzusunda müzakirələr aparılıb

BDU-da “Məişət zorakılığı” mövzusunda müzakirələr aparılıb Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə “Məişət zorakılığı” mövzusunda onlayn tədbir keçirilib.
Rədbirdə çıxış edən universitetin THİK sədri Hacıbaba Mustafayev məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil müəssisələrində mühazirə və seminarların təşkilinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Sonra məişət zorakılığının hüquqi və kliniki tərifləri izah edilib. Məişət zorakılığının başvermə formaları, digər zorakılıq halları ilə oxşarlıq təşkil etdiyi qeyd olunub.
Tədbirdə məişət zorakılığına qarşı mübarizə istiqamətində bir sıra praktiki təkliflər irəli sürülüb. Qeyd olunub ki, məişət zorakılığının qarşısının alınması və bu barədə məlumatlılığın artırılması məqsədilə müntəzəm olaraq hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əhalinin hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, dövlət qurumların işinin səmərəliliyinin yüksəldilməsinə müsbət töhfə verir.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər