Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə “Şuşa bəyannaməsinin hüquqi təhlili” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Dəyirmi masada Hüquq fakültəsinin dekanı Əmir Əliyev çıxış edərək Azərbaycan və Türkiyə Prezidentlərinin qədim Azərbaycan torpağı Şuşada imzaladıqları bəyannamənin təkcə Cənubi Qafqaz bölgəsinə deyil, Yaxın Şərqdən Orta Asiyaya, hətta Avropaya da əhəmiyyətli təsir göstərəcəyini qeyd edib. Sənədin Azərbaycanla Türkiyənin hərbi ittifaq yaratmağa başlaması üçün önəmini vurğulayan Ə.Əliyev bu ittifaqın indiyədək mövcud olan qlobal güclər mütənasibliyinin pozulduğu, yeni dünya düzəninin formalaşdığı bir dövrdə qurulduğunu bildirib. Azərbaycanın Türkiyə ilə hərbi-siyasi müttəfiqlik, qarşılıqlı dəstək və fəaliyyət anlaşması olan regional lider olduğuna diqqət çəkib.
Sonra Milli Məclisin komitə sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti İpək Abbasova, Konstitusiya hüququ kafedrasının müəllimi Elmira Qəzvinova, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi Samirə Eyvazova, Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Əsmər Əliyeva, Beynəlxalq hüquq kafedrasının dosenti Həcər Qasımova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Çıxışlarda bəyannamənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipləri əsasında Azərbaycan-Türkiyə strateji münasibətlərinə yeni yanaşmanı sərgilədiyi bildirilib. Bəyannamənin tarixi prizmada əhəmiyyətindən bəhs olunub, yüz il bundan öncə imzalanmış Qars müqaviləsindən sonra yenidən Türkiyə ilə Azərbaycan arasında məzmunca eyni, mahiyyətcə isə daha geniş bir bəyannamənin məhz azad olunmuş Şuşa şəhərində imzalanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Şuşa bəyannaməsinin hüquqi əhəmiyyətə və qüvvəyə malik olduğu diqqətə çatdırılıb, bu barədə müzakirələr aparılıb.
Əslən Şuşadan olan Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti İpək Abbasova çıxışlarla bağlı fikirlərini bildiriblər.
Tehsil-press.az