Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində tələbələr arasında “Proqramlaşdırmanın əsasları” mövzusunda olimpiada keçirilib. Olimpiada UNEC-də elan olunan “İnformasiya texnologiyaları ili” çərçivəsində təşkil olunub.
Fakültə dekanı dosent Elman Cəfərov müsabiqə qaydaları barədə məlumat verib.
Tədbirdə hər komandada 3 tələbə olmaqla, ümumilikdə 12 komanda iştirak edib. Müsabiqədə Bəhram Abasov, Cavid Cəfərov və Röya Hüseynovanın təmsil olunduğu komanda qələbə qazanıb. İkinci yeri Süleyman Axundzadə, Duyğu Abdullayeva, Ayan Qafarlının komandası, III yeri isə Əli Həsənzadə, Fatimə Babayeva və Ayxan Abdullayevin təmsil olunduğu komanda qazanıb.
Müsabiqənin sonunda tələbələr mükafatlandırılıblar.
Tehsil-press.az